Ad günün mübarək şəhidim

Ömrünü tarixə əbədilik yazdırmaq , tarixin səhifələrində özünə yer qazanmaq hər insanın hünərimi? Əlbəttə ki, deyil. Bunun üçün Mübariz olmaq gərəkir.
Mübariz İbrahimov-illər sonra bir millətin yatmış əzmini yenidən dirçəldən, bir millətin özünəinamı, özünəgüvənini yenidən qaytaran ad.
Səninlə nə qədər qürur duysaq, az.
Səninlə nə qədər öyünsək, az.
Sən bizə yeni bir qəhraman yaratdın.
O qəhrəman ki, bizi itirdiyimiz torpaqları illər sonra geri qaytarmaq duyğusuna yenidən və daha möhkəm bürüdü. O qəhrəman ki, biz -böyüyündən balacasına qədər hər kəs onunla özünə bir istinad nöqtədi tapdıq, qürurla göstərəcəyi istinad nöqtəsi...
Sən borcundan ikiqat çıxdın, vətənin əziz oğlu. Biz hələ gözləyirik...
Torpaq uğrunda ölən varsa, vətəndir.Sənin kimi uğrunda şərəflə canını fəda edən övladları olduğu üçün vətəndir bu torpaq.
Doğum günün mübarək, Mübariz. Bu Vətənə, bu millətə, bu torpağa sənin kimi çox igid lazım hələ.
Mübariz olmaq diləyi ilə...
Ruhun şad olsun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi