Nailiyyətlərimiz

Şahmatçı şagirdimizNizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən 12 Noyabr “Konstitusiya Günü” münasibəti ilə “Şahmat” üzrə rayon turnirində məktəbimizin 7 “Ç” sinif şagirdi Rəvan Həsənzadə I yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur.

Məzunumuzun adı gənc istedadların "Qızıl kitabı"na yazıldıT.Göyçayev Yunusov İsmayılın səsini yüksək qiymətləndirərək, Gənclər Simfonik Orkestri yaranan gündən onu ora solist qəbul edib. 2008-ci ilin mayında Parisdə, Strasburqda, Belçikada respublikanın xalq artisti T.Göyçayevin rəhbərliyi ilə "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsert proqramının iştirakçısı olub. Həmin konsertdə o, "Solo mio" Neopolitan mahnısını ifa edib. 2009-cu ildə "Azərbaycan dünyam mənim" mövzusunda məktəblərarası keçirilən müsabiqənin şəhər turunda vokal ifaçılığı üzrə I yerə layiq görüldüyünə görə İsmayıl Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunub. Elə həmin il "Azərbaycanın mədəniyyət günləri" çərçivəsində Hollandiyada, daha sonra Moskva və Kazan şəhərlərində öz solo ifası ilə Azərbaycanı təmsil edib. İsmayıl 2010-cu ildə gənc ifaçıların Nazim Əliverdibəyov adına V ümumşəhər müsabiqəsinin vokal üzrə laureatı adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 sentyabr 2010-cu il tarixdə imzaladığı "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə İsmayıl Yunusovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olunmaqla o, xüsusi aylıq təqaüdə də layiq görülüb.

Şagirdimizin yeni uğuruFəxr etdiyimiz 9B sinif şagirdi Ömər Kərimli yay tətili ərzində də biliyini artıraraq müxtəlif kurslarda iştirak etmişdir.gold master Tədris Mərkəzində Məntiq üzrə kursu müvəffəqiyyətlə bitirmişdir.

HAQQIMIZDA

Məktəbimiz 1952-1953-cü illərdən fəaliyyətə başlamışdır. 1992-ci i...

BİZİM FƏXRLƏRİMİZ

Vüsal Hüseynov Elnur

Selcan Sadıqlı Rəhman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi