Bir günlük tələbə

30 noyabr 2017-ci il tarixində məktəbimizin 10-cu sinif şagirdləri UNEC-in “Bir günlük tələbə” olmaq şansından yararlanıblar. Bu layihə şagirdləri universitetlə daha yaxın tanış etdi və müəllimlər ixtisas seçimində ixtisaslar haqqında geniş məlumat verdilər. Şagirdlər “SABAH” - tələbə qrupu ilə tanış oldular. Tələbələr bu qruplarda əlavə təqaüd, ödənişsiz yataqxana, xarici mübadilə proqramında iştirak və digər üstünlüklərə sahib olurlar. UNEC-in akt zalına daxil olan şagirdlər gələcəkdə bu tribunada mühazirə və nitq söyləməyi arzu etdilər. Onlar gələcəkdə UNEC-in yüksək balla daxil olan tələbələrindən olacaqlarına ümid edirlər. Bizə layihədə iştirak etməyi təmin edən hər kəsə təşəkkür edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi