Müəllimlərlə görüş keçirilib

Məktəb rəhbərliyi və psixoloqu təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə iyun ayında keçiriləcək sertifikasiya imtahanında iştirak edəcək müəllimlərlə görüş keçiriblər. Qeyd edilib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyirlər. Bu, ömür boyu öyrənmə mədəniyyətini formalaşdırır. Həmçinin rəhbərlik və psixoloq müəllimlərə uğurlar arzulayıb və öz tövsiyyələrini veriblər.

Məqsəd müəllimlərin yüksək əhval-ruhiyyə ilə imtahana daxil olması, imtahandan öncə müəllimlərə mənəvi-psixoloji dəstək olmaqdan ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi