Böyük Summativ Qiymətləndirmələr keçirilir

2023-2024-cü tədris ilinin II yarımil üzrə böyük summativ qiymətləndirmələri keçirilir. Böyük summativ qiymətləndirmələr V-VIII siniflər üzrə rəqəmsal formada, digər siniflərdə isə ənənəvi formada təşkil olunub.

Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Rəqəmsal böyük summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi isə təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.

Şəffaf şəkildə nəzarətçilərin ciddi nəzarəti altında xüsusi qrafikə əsasən keçirilən böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi