"İnternet təhlükəsizliyi" mövzusunda psixoprofilaktik iş keçirilib

Məktəbin psixoloqu Səbiyə Əmiraslanlı məktəbimizdə olan təcrübəçi tələbələr ilə birgə 7c sinfində kompüterdən, telefondan və internetdən kortəbii şəkildə yerli-yersiz istifadə səbəbindən yaranmış fəsadlar barədə şagirdlərin maarifləndirilməsi istiqamətində "İnternet təhlükəsizliyi" mövzusunda psixoprofilaktik iş keçirib. İnformasiya nədir? Zərərli informasiya nədir? suallarını ətrafında şagirdlərlə diskussiya aparılıb.

Daha sonar psixoloq S.Əmiraslanlı qeyd edib ki, onlar üçün ən rahat informasiya kanalı həmyaşıdlarıdır. Lakin unutmaq lazım deyil ki, bu halda informasiya birtərəfli və qeyri-mötəbər ola bilər. Çox zaman bəzi yeniyetmələr həqiqətə uyğun olmayan və ya kobud məzmunlu informasiya yaymaqla həmyaşıdlarında psixoemosional pozğunluq yaradırlar. Odur ki, həmyaşıdları heç də həmişə mötəbər informasiya mənbəyi hesab etmək olmaz. Valideynlər və müəllimlər bu barədə sizə daha etibarlı məlumat ötürə bilərlər. Amma bu zaman sizinlə böyüklər arasında bir növ emosional gərginlik yarana bilər. Bu halda xüsusi hazırlığı olmayan böyük və elə siz özünüz də diskomfort hiss edəcəksiniz. Odur ki, etibar etdiyiniz müəllimlərə, psixoloqa, həkimə bu suallarla müraciət etmək daha yaxşıdır. Başqa bir alternativ "Uşaq qaynar xətti"nə zəng etməkdir. Orada ixtisaslı psixoloqlar telefonla müvafiq sualları cavablandırırlar. Telefonda sual vermək sizin üçün psixoloji cəhətdən daha rahatdır. Kitab və jurnallarda da etibarlı informasiya tapmaq ehtimalı kifayət qədər böyükdür. Narahatlıq doğuran mənbələrdən biri internetdir.

Sonda şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi