Hər şey övladımız üçün

Məktəbin kitabxanasında kitabxana müdiri Aynur Xəlilova, psixoloqlar Səbiyə Əmiraslanlı və Şərifə Hüseynovanın təşkilatçılığı ilə “Hər şey övladlarımız üçün” adlı I sinif şagirdləri ilə nağıl terapiyası keçiriblər.

Bildiyimiz kimi, uşaqların psixi inkişafında nağıllar mühüm rol oynayır. Nağıl uşaqlar üçün həyatı hadisələri anlama, cəmiyyətin əxlaq normalarını dərketmə üsuludur. Xalq nağılları uşaqlara əxlaqi dəyərləri öyrədir.

Nağıl terapiyası zamanı istifadə olunan nağıllar gündəlik oxuduğumuz nağıllardan fərqlənir. Bu baxımdan bu dəfə psixoloq “Bülbül və Qarğa” nağılını şagirdlərə danışıb. Daha sonra A.Xəlilova şagirdlərdən nağılın ən çox bəyənilən hissəsini, nağıldan nə öyrəndiklərini və hansı nağılları sevdiklərini soruşub və qarşılıqlı müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi