“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Məktəbin kitabxanasında məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Şəfəq Ələsgərova və məktəbin kitabxana müdiri Aynur Xəlilovanın təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar VII sinif şagirdləri arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Əvvəlcə şagirdlər dahi siyasətçi haqqında bildiklərini bölüşüb, daha sonra isə yazdıqları inşa yazıları səsləndiriblər. Münsiflər heyəti bir-bir şagirdlərin inşa yazılarını dinlədikdən sonra qalibləri müəyyənləşdiriblər.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, habelə nitq mədəniyyətinə, bədii yaradıcılığa, şeirə, incəsənətə olan marağı artırmaq, şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi