Şərqdən doğan günəş qərbi isidir!

2024-cü ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışına qulaq asarkən çox böyük qürur və fərəh hissi keçirdim. Möhtərəm prezidentimiz, Ali Baş komandanımız çıxışı zamanı elə bil ki, müasir Azərbaycanı, azad, suveren, hüquqi, bütöv bir dövləti dünyaya təqdim edirdi! Dövlətimizin inkişaf etmiş dünya dövlətləri sırasında özünə yer aldığına, böyük dövlətlərin liderləri sırasinda mənim də prezidentimin özünəməxsus yeri olduğundan qürur duydum!

İ. Əliyevin çıxışı zamanı toxunduğu bir neçə məqam diqqətimi çəkdi:

- Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də Cənubi Qafqazın sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

- COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm şərəf, həm də məsuliyyətdir!

- Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

-Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz ixracı bu il 12 milyard kubmetrə çatacaqdır.

-Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyünü hərbi –siyasi yolla təmin etmişdir.

- Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi başlanmışdır.

- Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə mediya orqanı fəaliyyət göstərir.

- Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa və yenidənqurma işləri şəffaf şəkildə aparılır.

- COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir.

-Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında 4 il ərzində sədrlık edib.

-Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə “ Strateji Tərəfdaşlıq” haqqında bəyannamələr imzalayıb.

-Neft və qazımız Avropa bazarlarına hələ uzun illər ərzində nəql olunacaqdır.

- Azərbaycan Xarici tərəfdaşlar  və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlamışdır...

Bütün bu tezislər onu sübut edir ki, möhtərəm prezidentimizin apardıği uzaqgörən, strateji əhəmiyyətli siyasəti nəticəsində dünya dövlətləri Azərbaycan dövlətini  və onun liderini dünya liderləri səviyyəsində qəbul edirlər, çünki bu gün inkişaf etmiş qərbi Azərbaycanın ixrac etdiyi neft-qaz resursları isidir!

 Ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin bir gözəl ifadəsi bu gün reallaşmaq üzrədir: “Azərbaycan dünyaya günəş kimi doğacaq!  “

Möhtərəm prezidentimiz İ.Əliyevin düzgün strateji siyasəti nəticəsində şərqdən çıxan Azərbaycan günəşi qoca qərbi heyran edir!

 

229 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Lalə Tağıyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi