Minifutbol yarışının final mərhələsində

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən – paytaxtın rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda arasında iştirak edib.

Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb. Daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici matçda məktəbimizin komandası II yeri qazanıb.

Turnirin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi