Futbol yarışında finala vəsiqə qazandıq

Nizami rayonunda Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər İdman İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Abad məhəllələrdə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş minifutbol üzrə məhəllə komandaları arasında rayon turnirinə yekun vurulub.

Keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

lll yer uğrunda oyun: "İgidlər"-"Qəhrəmanlar" 1-5.

Final oyunu:

"Flaqman"-"Şuşa" 8-2.

"Flaqman" komandası Nizami rayonunu turnirin Bakı şəhər mərhələsində təmsil etmək hüququ qazanıb.

Ümumiyyətlə turnir 4 gün davam edib və turnirdə 12 məhəllə komandası tərkibində 144 nəfər iştirak edib.

Qeyd edək ki, məktəbimizi şagirdlər “Flaqman” adı altında təmsil edib. Komandamıza gələcək oyunlarda da uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi