Şəhid Zəbiyulla Məmmədovun ailəsi ziyarət edilib

Məktəbimizdə fəaliyyət göstərən “Zəfər yolu” dərnəyinin üzvləri məktəbin şəhid məzunu Zəbiyulla Məmmədovaun ailə üzvləri ilə görüşüblər.

Ziyarət zamanı qəhrəmanımızın uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüyü, həmçinin döyüş yolundan, döyüşdə göstərdiyi sücaətlərindən danışılıb, onunla bağlı xoş xatirələr bölüşülüb. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Ziyarətin təşkilində məqsəd “7-dən 17-ə vətənpərvər!” layihəsinin icrası, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla ziyarət edilməsi, analarımızın üzlərində təbəssüm yaratmaq, qəlbini xoş etmək və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi