"Breyn-rinq" intellektual oyununun qalibi olduq

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı və 272 nömrəli tam orta məktəbin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə Nizami rayon müəllimləri arasında "Breyn-rinq" intellektual oyunu keçirilib.

Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞGİİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev və 272 nömrəli tam orta məktəbin direktoru Səfurə Rəhimova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti baradə danışıb, intellektual oyunun iştirakçılarına və tamaşaçılara öz ürək sözlərini bildiriblər.

Daha sonra intellektual oyunun münsiflər heyətinin sədri Elmidar Süleymansoy komandalara qaydalar barədə qısa məlumat verərək, onların suallarını cavablandırıb.

İntellektual oyunda 19 komanda tərkibində 95 nəfər iştirak edib.

İntellektual oyun komanda növündə olimpiya sistemi üzrə keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual oyunun yekununda qalib komandalar bu qayda ilə müəyyən olunublar:

l yer-229 nömrəli tam orta məktəbin komandası

ll yer-250 nömrəli tam orta məktəbin komandası

lll yer-251 nömrəli tam orta məktəbin komandası

Sonda qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi