Zəbiyulla Məmmədovun xatirəsi yad edilib

6c sinif şagirdləri müəllimləri Ruhiyyə Məhərrəmova və məktəb rəhbərliyinin təşkilatçılığı ilə şəhid məzunumuz Zəbiyulla Məmmədovun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı qəhrəmanımızın uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüyü, həmçinin döyüş yolundan, döyüşdə göstərdiyi sücaətlərindən danışılıb, onunla bağlı xoş xatirələr bölüşülüb.

Ziyarətin təşkilində məqsəd “7-dən 17-ə vətənpərvər!” layihəsinin icrası, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla ziyarət edilməsi, analarımızın üzlərində təbəssüm yaratmaq, qəlbini xoş etmək və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.

Qeyd edək ki, Zəbiyulla Məmmədov şəhadətindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi