"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş maarifləndirici dərs keçirilib

Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Məsimova, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Şəfəq Ələsgərova və UBTR Sevinc Əliyevanın təşkilatçılığı ilə şagirdlərə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş maarifləndirici dərs keçirilib. Dərs zamanı dünyamızı təmiz saxlamağın hər birimizin borcu olduğu vurğulanıb. Eyni zamanda dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı yazdığı dəyərli fikirlər şagirdlərə çatdırılaraq, dahilərimizin fikirləri ilə ətraf mühiti qorumağın vacibliyi təbliğ edilib.

Dərsin keçirilməsində məqsəd şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, şagirdlərdə təbiətə sevgini gücləndirmək, yaşıllıqların artırılması, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək, təbiətə töhfə verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi