İbtidai sinif müəllimləri ilə görüş keçirilib

Bildiyimiz kimi  18.05.2024–cü il tarixində IV siniflər üzrə mərkəzləşdirilmiş qaydada tədris dili və riyaziyyat fənlərindən monitorinqlər keçiriləcək. Bu məsədlə məktəbin ibtidai sinif müəllimlərinin növbəti metodbirləşmə yığıncağı keçirilib. Yığıncaqda IV siniflərdə təhsil alan şagirdlərin monitorinq çərçivə sənədi ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub. Müəllimlər çərçivə sənədlə tanış olublar. Məktəbimizin IV sinfində təhsil alan şagirdlərin bu monitorinqdə iştirakı üçün lazımi məsələlər müzakirə olunub. Həmçinin bu barədə valideynləri və şagirdləri məlumatlandırmaq, şagirdləri psixoloji gərginlikdən  uzaq   tutmaq, məktəbdaxili monitorinqləri çərçivə sənədinə uyğun tərtib etmək kimi məsələlər müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi