Dərsliklərin saxlanılma vəziyyətinə nəzarət

Məktəbin kitabxana müdiri Aynur Xəlilova və İradə Ağayeva tərəfindən siniflər üzrə şagirdlərə verilmiş dərsliklərin monitorinq yoxlanılması aparılıb. Bu yoxlama ayda bir dəfə keçirilir.

Yoxlamanın keçirilməsində məqsəd şagirdlərin dövlət əmlakını yüksək səviyyədə qoruyub saxlamalarını təmin etmək olub.

Yoxlama zamanı dərsliklərini səliqəsiz saxlayan şagirdlər aşkarlanıb. Bununla bağlı həmin şagirdlərə kitabxanaçılar müəyyən göstəriş və tövsiyyələr veriblər. Qeyd olunub ki, hər bir dərsliyin 4 illik istifadə müddəti var. Bu müddət ərzində dərslikləri səliqəli saxlamaq hər bir şagirdin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi