Şəhid ailələri ziyarət edilib

Məktəb rəhbərliyi və şagird kollektivi torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılara qarşı mübarizə apararaq şəhid olmuş məzun şəhidlərimiz Əsəd Əsədlinin və Nicat Əhmədovun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin həyatından, döyüş yolundan, qəhrəmanlıq səlnaməsindən danışılıb. Şəhidin ailəsi xatirələrini şagirdlərlə bölüşdükdən sonra şagirdlər vətənin azadlığı uğrunda mübarizə aparan igid övladlarımıza həsr olunmuş şeirlər səsləndiriblər. Sonda şəhidin ailəsi ilə xatirə şəkli çəkilib.

Ziyarətin məqsədi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi, gələcək nəsil şagirdlərin şəhidlərimizi yaxından tanımaları və vətənpərvər ruhda böyümələrini təmin etmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi