Bahar gəlir yurduma

2Ç və 3Ç sinif şagirdləri və valideynləri "Ailəm və məktəbim" layihəsi çərçivəsində müəllimləri Bahar Bayramova və Sultan Qurbanovanın təşkilatçılığı ilə “Bahar gəlir yurduma” adlı Novruz tədbiri keçiriblər. Tədbirdə Novruz adətləri, çərşənbələri haqqında kompozisiyalar öz əksini tapıb. Bütün iştirakçıların milli paltarda olması tədbirə xüsusi yaraşıq verib. Həmçinin tədbirdə şəkərbura bişirilib, yumurta boyanılıb.

Tədbirin keçirilməsində məqsəd milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının şagirdlərə aşılanması, həmçinin valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi