Təşkilat saatı keçirilib

Novruz bayramı ilə əlaqədar təşkilat saatları keçirilib. Təşkilat saatında qeyd olunub ki, dünya yaranandan xalqlar özünəməxsus adət-ənənənə yaratmış və bu ənənələri nəsildən-nəslə ötürmüşlər. Novruz bayramı Azərbaycan xalqının tarixi bayramlarındandır. Novruzun adət-ənənəsinə görə küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan atılmaq, səməni göyərtmək, yumurta döyüşdürmək də novruzun əsas adətlərindəndir. Şagirdlər bu adət-ənənələr haqqında ətraflı məlumat veriblər. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Məqsəd milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının şagirdlərə aşılanması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi