"Şahin" hərbi-idman oyununun Nizami rayon mərhələsinin qalibi olduq

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyununun Nizami rayon mərhələsi 7 mart tarixində 220 nömrəli məktəb-lisey və 14 mart tarixində isə 251 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞGİİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev, yarışın baş hakimi, 238 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan podpolkovnik-leytenant Şaiq Məmmədov, 220 nömrəli məktəb-liseyin çagırışaqədərki hazırlıq rəhbəri Mübariz Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb onlara təlimatlar veriblər. Yarışda 21 komanda tərkibində 294 nəfər iştirak edib.

Nəticə olaraq:

l yer-229 nömrəli tam orta məktəbin komandası

Il yer-238 nömrəli tam orta məktəbin komandası

Ill yer-220 nömrəli məktəb-liseyin komandası tutub.

Qalib komanda yarışı Bakı şəhər mərhələsində rayonu təmsil etməyə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi