Şəhidlərimizi heç vaxt unutmarıq

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbiri tarix müəllimi Sədaqət Əliyeva 6 “C” sinif şagirdləri ilə hazırlamışdı. Tədbirdə faciəni əks etdirən slaydlar təqdim olundu, məlumatlar verildi, şeirlər söylənildi, mahnılar ifa edildi. Xəritədə işğal olunmuş torpaqlarımızı qeyd edən şagirdlər tezliklə mənfur düşmən tapdağından azad olunacağını bildirdilər. Kompozisiya vasitəsilə “Şəhidlərimizi heç vaxt unutmarıq” sözlərini yazdılar. Sonda çıxış edən tarix müəllimi S.Əliyeva və direktor Fəridə Bağırova təsbir iştirakçılarına vətənpərvər çıxışları üçün təşəkkürünü bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi