Nailiyyətlərimiz

MƏKTƏBİMİZİN ŞAGİRDİ MMA (QAYDASIZ DÖYÜŞ) İDMAN NÖVÜ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONU OLUBŞagirdimiz Muradov Muhammad Azərbaycan Respublikasında ölkə birinciliyiyində 8-9 yaş qrupları arasında 36 kq çəki ilə MMA (Qaydasız Döyüş) idman növü üzrə Azərbaycan Çempionu olmuşdur - Təbriklər!

Təşəkkürnamə#BakıAliNeftMəktəbinin rektoru hörmətli Elmar Gasimov müəllimə fəaliyyətimizə verdiyi yüksək dəyərə görə sonsuz təşəkkürümü bildirirəm! Bakı Ali Neft Məktəbi Baku Hİgher Oil School Təşəkkürnamə Əziz və hörmətli Səkinə Rzayeva! Bakı şəhəri Qaradağ rayonu Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Sizi və rəhbərlik etdiyiniz məktəbin əməkdaşlarını məzunlarınızın 2023-cü ildə keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərməsi münasibət ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirəm! Nəzərinizə çatdırmaq istəyirəm ki, məzununuz Fətullayev Oruc Azər oğlu- (674.6 bal - Proseslərin avtomotlaşdırılması mühəndisliyi) Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üzrə qəbul imtahanlarından yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. Həmin məzunun belə uğurlu nəticə göstərməsi Sizin və müəllimlərinin bilavasitə fədakar əməyinin nəticəsidir. Ümid edirəm ki, Ali Məktəbimizə qəbul olmuş məzununuz ölkəmizin gələcək inkişafına dəyərli töhfələr verəcək. Ölkəmizin gələcək inkişafı üçün əsaslı elmi biliklərə və milli -mənəvi dəyərlərə malik nümunəvi gənclər yetişdirdiyinizə görə Siz başda olmaqla, rəhbərlik etdiyiniz məktəbin müəllimi kollektivinə öz dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bizim təbrikimizi və minnətdarlıq hisslərimizi fədakar müəllimlərinizə çatdırmağı xahiş edirəm. Dərin hörmətlə, Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru

Şagirdimizin uğuruMəktəbimizin şagirdi Xədicə Rzayeva forte piano üzrə diplomla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi