“Fövqəladə hallar zamanı nə etməli?”
Məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Mərkəzinin əməkdaşları - Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektoru ərazinin kuratoru - Elxan Əmirxanov, Bakı regional mərkəzinin bölmə rəisi Aida Səfərəliyeva, BRM-nin baş zabiti Məhəmməd Əliyev, Emin Məmmədov, Hüseynli Cavid , Nağıyev Vüqar və baş məsləhətçi Müvəssil Allahverdiyev, məktəbin müəllim-şagird kollektivi iştirak edib.
Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.
Mərkəz əməkdaşları məktəblilərə fövqəladə hallar və növləri, fövqəladə hallar zamanı davranış qaydaları barədə söhbət aparıblar, sonda mövzulara dair suallar cavablandırılıb .
Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onların bu sahədə olan biliklərini daha da artırmaq olmuşdur.