“Yaşıl gözlü dünya üçün ” adlı fərdi sərgi

    Məktəbimizdə Hüseynova Nərminin bədii keramika üzrə “Yaşıl gözlü dünya üçün ” adlı fərdi sərgisi keçirilib.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin rus bölməsi üzrə 11 i sinif şagirdi Hüseynova Nərmin Zəfər qızı bədii keramika yaradıcılığı ilə məşğul olur.

Nərmin G802 spastik hemiparez diagnozuyla doğulub, və onun müəyyən məhdudiyyətləri var. Amma buna baxmayaraq, o, uşaqlıqdan çox istedadlıdır və yaradıcılığa çox meyillidir.

Nərmin uzun müddətdir ki, rəsm, aplikasiya, floristika ilə məşğul olub, son 2 ildə isə özünü bədii keramikada tapib. O, gil ilə balaca əsərlər yaratmağı cox sevir, və bu da onun əl motorikasının (xüsusi uşaqlar üçün çox vacibdir), yaradıcı təxəyyülün inkişafına və özünə daha inamlı olmağına çox kömək edir.

    Nərminin əl işlərində yaradıcılıq mövzusu təbiət və sülh olaraq ifadə edilib. Ona görə də, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planını və Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planının müvafiq bəndlərinin reallaşdırılması məqsədi ilə sərgini “Yaşıl gözlü dünya üçün” adlandırmışıq.

    Sərgidə Nərminin müəllim və valideynləri, məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər. Sərgidə Qaradağ Qaradag Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP-ın təsisçilərindən olan məşhur 91-lərdən Munis Bayramov Bayramov da iştirak edib.

    Məktəbin direktoru Səkinə Rzayeva və İH əməkdaşı Munis Bayramov Nərminin yaradıcılığı və onun əzmkarlığı ilə bağlı ürək sözlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi