"Ətraf mühitin yanğından mühafizəsi"

    Məktəbin biologiya müəllimi Rimma Hüseynova 8"i" sinif şagirdləri ilə birgə "Ətraf mühitin yanğından mühafizəsi" adlı maket hazırladılar. Bu işdə ona "Kiçik Akademiya"nın üzvləri kömək etdi. Daha sonra şagirdlər ətraf mühitin yanğından mühafizəsi ilə bağlı fikirlərini söylədilər. Sonda Rimma xanım vurğuladı ki, Azərbaycanın flora və faunasını qorumaq onun qayğısına qalmaq hər birimizin borcudur, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün hər birimiz əlimizdən gələni etməliyik. Ətraf mühitin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Biz bütün bu işləri vətəndaşlıq vəzifəsinə çevirməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi