Valideynlərlə görüş davam edir
Məktəbin illik fəaliyyət planına uyğun olaraq oktyabr ayının 21-də məktəb rəhbərliyi, III və VIII sinif şagirdlərinin valideynlərinin iştirakı ilə növbəti valideyn iclası keçirilib.
İclasın keçirilməsində məqsəd şagird nailiyyəti və məktəbin nəticələri barədə obyektiv hesabat əsasında valideynlərin məlumatlandırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, müəllim və valideynərlə birlikdə təhsilalanların meyl və maraqlarını öyrənilməsi, şagirdlərin təlim-tərbiyəsində ortaya çıxan çətinlikləri birlikdə aradan qaldırmaq və şagirdlərin təlim nəticələrini müzakirə edilməsidir.
İclası giriş sözü ilə məktəbin direktoru açaraq müəllim– valideyn – şagird üçbücağının möhkəm olmasının vacibliyindən danışıb. O bildirib ki, valideyn - məktəb əlaqələrinin sıx olması təlim-tərbiyə prosesində hər üç tərəf üçün müsbət nəticələrə gətirir. İclas da valideynlər onları narahat edən məsələlərlə əlaqədar suallarını ünvanlayıblar.
Valideynlərin fikirləri, rəy və təkliflər dinlənilib.