Qədim Azərbaycan tarixi
Oktyabrın 17-də məktəbin direktoru Rəşad Alcanov Qarabağ tarixi fənnindən 7 "a" sinfində nümunəvi dərs keçib. Dərsin mövzusu "Azərbaycanın qədim tarixinə dair təqdimatların nümayişi" idi.
Şagirdlər "Daş dövrünün Azərbaycanda və Ümumi tarixdə müqayisəli təhlili", "Qafqaz Albaniyası", "Atropatena dövləti" və.s mövzularda hazırladıqları təqdimatları nümayiş etdiriblər.
Hazırladıqları təqdimatlar haqqında ətraflı məlumat veriblər. Bütün şagirdlər tapşırılan mövzu ətrafında təqdimat hazırlamışdı.
Təqdimatlar şagirdlər tərəfindən maraqla dinlənilib.
Layihənin hazırlanmasında məqsəd şagirdlərin qədim Azərbaycan tarixinə marağını artırmaq və ətraflı araşdırmalarına yönəltməkdir.