Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü
Məktəbin illik Fəaliyyət planın 1.3.12 bəndinə uyğun olaraq məktəbimizdə 18 oktyabr Dövlət Müstəqilliyinin 28-ci ildönümü ilə bağlı tədbirlər, "Dəyirmi masa"lar keçirilib. Məktəbin tarix müəllimi Nuridə Nəcəfova “18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda "dəyirmi masa" keçirib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib. Şagirdlər öz növbələrində vətənin azadlığına, suverenliyinə həsr olunan şeirlər söyləyib, nəğmələr oxuyublar. Şagirdlərə müstəqillik gününə həsr olunmuş video çarx nümayiş olunub.
Məqsəd şagirdləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, milli-mənəvi dəyərlərə hörmət aşılamaq və onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.