Valideyn iclası keçirilib
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq IX sinif şagirdlərinin nailiyyəti və məktəbin nəticələri barədə valideynlərin məlumatlandırılması məqsədilə oktyabrın 18-də məktəb rəhbərliyi, müəllimlər və IX sinif şagirdlərinin valideynlərinin iştirakı ilə iclas keçirilib. Məktəbin direktoru çıxış edərək IX sinif şagirdlərinin ümumi orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yüksəldilməsindən bəhs edib. Şagirdlərin zəif qiymətlərlə oxuyan şagirdlərlə işin təşkili və təlim göstəriciləri müzakirə edilib.
İclasda tədrisin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin şəxsiyyətinin formalaşmasında məktəb, müəllim və valideynin rolundan söhbət açılıb. Eyni zamanda məktəblə daha sıx əlaqə qurmağın faydalarından, yeni tədris ilində görüləcək işlərdən danışılıb. Valideynlər çıxış edərək onları narahat edən məsələlərlə əlaqədar suallar veriblər. Direktor verilən bütün sualları cavablandırıb, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bildirib və bunun üçün də məktəb-müəllim-valideyn əməkdaşlığının ən vacib amil olduğunu vurğulayıb.