Məktəbin həyətyanı sahəsində iməclik

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq oktyabrın 16-da məktəbin həyətyanı sahəsinin abadlaşdırılması məqsədi ilə iməclik keçirildi. İməclikdə məktəbimizin fiziki tərbiyə müəllimləri Abuşov Qafqaz, Mehdiyev Yusif, texnologiya müəllimi Həsənova Əntiqə iştirak etdilər. İməclikdə könüllü olaraq iştirak edən 8a və 8c sinif şagirdləri həvəslə işlədilər.

    İməclik iştirakçıları məktəbin həyətyanı sahəsini və idman meydançasını artıq kol-kos və alaq otlardan təmizlədilər, mövcud yaşıllıqlar sulayıb, ərazini abadlaşdırdılar. 

    İməcliyin keçirilməsində məqsəd əsasən ərazinin məişət tullantılarından təmizlənməsi, ekoloji təmizliyin qorunması və yaşıllıqların suvarılması idi.
    Zəhməti keçən hər kəsə sonsuz minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi