"Elektrolidlər və qeyri-elektrolidlər"

    Oktyabrın 15-də məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.1.1.14 ( “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması) bəndinə əsasən X "a" sinif şagirdlərinin iştirakı ilə məktəbin kimya-biologiya müəllimi Rimma Hüseynova "Elektrolidlər və qeyri-elektrolidlər" mövzusuna aid dərs keçib.
    Elektrolitid dissosassiyanı öyrənmək üçün "Kiçik Akademiya"-nın üzvləri cihaz hazırlayıb, elektrolidlər və qeyri-elektrolidləri müəyyən etmək üçün təcrübələr aparıblar. "Gənc kimyaçılar"dissosasiya dərəcəsinə təsir edən amilləri zəif və qüvvətli elektrolidləri müəyyyən edə biliblər. Şagirdlər aparılan təcrübədən razı qalıblar.
    Təcrübənin keçirilməsində məqsəd yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi