Diaqnostik qiymətləndirmə

    Məktəbin fəaliyyət planına uyğun olaraq 19 oktyabr tarixində məktəbimizdə IX siniflərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təlimatı ilə Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun diaqnostik qiymətləndirmə keçirilib. Şagirdlər Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən imtahan veriblər. İmtahan prosesi zamanı bütün lX sinif şagirdləri iştirak edib. 90 dəqiqə davam edən monitorinq saat 10-da başlayıb. Hər bir fənn üzrə sualların sayı 30 idi.          

    Monitorinqin keçirilməsində məqsəd buraxılış imtahanlarına hazırlıqdan savayı buraxılış fənləri üzrə tədrisin keyfiyyətinin artırılması, tədrisin səviyyəsi və əldə olunan nəticəni izləmək eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaratmaqdır.  Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi