Diaqnostik qiymətləndirmə
Sentyabrın 19-da şagirdlərin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək və onların potensial imkanlarına uyğun təlim strategiyasını seçmək məqsədi ilə VI, VIII,IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənni üzrə diaqnostik qiymətləndirmə keçirilib.
Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimləri tərəfindən müəyyənləşdirilib.
45 dəqiqə ərzində şagirdlər verilən tapşırıqları yerinə yetiriblər.