2019/2020-ci tədris ilinin ilk dərs saatları
Təhsil Naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinə əsasən 2019/2020-ci tədris ilinin ilk dərs saatları ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub. Müəllim və şagirdlər təqdim olunan mövzular ətrafında söhbətlər aparıblar.