Yay tədris tapşırıqlarının qəbulu
Sentyabrın 5-də məktəbimizidə 2018 / 2019 – cu tədris ilində müxtəlif fənlər üzrə illik 1 və 3 fəndən qeyri - kafi qiymət alan şagirdlərin yay tədris tapşırıqlarının qəbuluna başlanılıb.
Yay tədris tapşırıqları üzrə yaradılmış komissiyanın nəzarətilə keçirilən imtahanda VI-X sinif şagirdləri iştirak edərək sualları cavablandırıblar.
Fənn müəllimi tərəfindən hazırlanan yay tədris tapşırıqları məktəbin direktoru tərəfindən təsdiq olunduqdan sonra şagirdlərə təqdim olunub.