Yeni tədris ilinin başlanılması ilə əlaqədar məktəbimizdə təmir-abadlıq işləri
Yeni tədris ilinin başlanılması ilə əlaqədar məktəbimizdə şagirdlərin tədris şəraitinin yaxşılaşdırılması məqsədi ilə təmir-abadlıq işləri davam edir. Sinif otaqlarının, dəhlizlərin divarları və döşəmələr yenidən rənglənir, istifadəyə yararsız istilik sistemləri təmir edilir. O cümlədən şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə pilləkənlərin tutacaqları yenidən bərpa edilmişdir.