2019-2020 -ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb
Ümumtəhsil məktəblərinin 2019-2020 -ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat avqustun 26-dan etibarən başlayıb.
Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.