2018/2019-cu tədris ilinin son “Açıq qapı” günü keçirildi

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq iyunun 20-də Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, şagird nailiyyəti və məktəbin nəticələrinin ən son hesabatının keçirilməsi məqsədilə “Açıq qapı” günü keçirildi. İclas bütün siniflərdə saat 13:00-da başlayıb 15:00 – dək davam etdi.

    İki saat davam edən “Açıq qapı” günündə valideynlər müəllimlərlə görüşüb və onları narahat edən müxtəlif məsələlərlə əlaqədar söhbətlər aparıb, keçirilən monitorinqlər və son olaraq şagirdlərin yekun qiymətləri valideynlərin nəzərinə çatdırılıb.

    "Açıq qapı" günün keçirilməsində əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, valideyn məsuliyyətini artırmaq, valideynlərin məlumatlandırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi