2018/2019-cu tədris ilinin 6 saylı “Pedaqoji Şura” iclası
İyunun 20-də Əliheydər Kazımov adına 228 №-li tam orta məktəbin AKT zalında 2018/2019-cu tədris ilinin son Pedaqoji Şura iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Məktəbin direktoru Rəşad Alcanov çıxış edərək, 2018-2019-cu tədris ili ərzində görülmüş işlərin yekunu barədə məlumat verdi. Sinif rəhbərlərinin və müavinlərin çıxışları dinlənildi. İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olundu:
1. BSQ-lər, II yarımilin və illik qiymətləndirmələrin yekun nəticələri;
2. 2018/2019-cu tədris ilində məktəbin əldə etdiyi nəaliyyətlər;
3. Cari il ərzində məktəb üzrə II-X siniflərdə keçirilmiş monitorinqlərin yekun nəticələri;
4. IX-XI sinif şagirdlərinin buraxılış imtahanına buraxılmaları və imtahanın nəticələri barədə;
5. Evdə təhsildə 2018/2019-cu tədris ilinin yekunlarına və şagirdlərin qiymətlərinə dair yekun hesabat;
6.Cari məsələlər