"Son zəng" tədbiri keçirilib
14 iyun tarixində Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə 11-ci sinfi bitirən şagirdlər üçün “Son zəng” çalınıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə məktəbin direktoru Rəşad Alcanov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və fənn müəllimləri çıxış edərək məzunları təbrik ediblər. Çıxış edənlər müstəqil həyata qədəm qoyan hər bir məzuna dövlətimizə layiqli vətəndaşlar olmalarını tövsiyə edərək gələcək həyatlarında uğurlar arzu ediblər. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib.
Tədbirdə 11-ci sinif şagirdləri bu ilki 1-ci sinfi bitirən şagirdlər ilə birgə "Sonuncu zəng"i çalıblar. Bununla da tədbir sona çatıb.
Qeyd edəki 2018-2019-ci tədris ilində məktəbimizi XI sinif üzrə 54 şagird bitirib.
Əziz məzunlarımız Sizi 11 –ci sinfi bitirməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik və hər birinizə tələbə adı qazanmağınızı arzu edirik!