Məktəbin həyətyanı sahəsinin abadlaşdırılması məqsədi ilə iməclik keçirildi

        Məktəbin illik fəaliyyət planına uyğun olaraq iyunun 8-də məktəbimizdə iməclik keçirildi. Artıq belə iməcliklərin keçirilməsi məktəbimizdə ənənəvi hala çevrilib. Qeyri-iş günü olmasına baxmayaraq iməcliyə böyük marağın olduğu nəzərə çarpırdı.

        İməclikdə məktəbin inzibati-texniki heyəti ilə yanaşı məktəbin pedaqoji heyəti də böyük həvəslə iştirak etdi. İməclik iştirakçıları ağacların diblərini bellədilər, ərazini artıq kol-kos və alaqdan təmizlədilər. Eyni zamanda ağacların gövdələri həşəratlardan qorumaq üçün əhəngləndi, həyət süpürüldü.
Bir sözlə məktəbin həyətyanı sahəsi məktəbin estetik görünüşünə zərər verən bütün tullantılardan və s. azad edildi.
        Məktəb kollektivinin birgə səyi nəticəsində məktəbin həyətyanı sahəsi abadlaşdırıldı, gözəlləşdirildi. Zəhməti keçən hər kəsə sonsuz minnətdarlığımızı bildiririk!
ƏLLƏRİNİZƏ SAĞLIQ!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi