Tədris ilinin yekunlarına dair müşavirə iclası keçirilib
Rəhbərlik tərəfindən iyunun 6-da məktəbin müəllimlər otağında növbədənkənar müşavirə iclası keçirildi.
Məktəbin direktoru Rəşad Alcanov çıxışı zamanı tədris ilinin yekunlarına dair qarşıda duran məsələləri pedoqoji heyətin diqqətinə çatdırdı, o cümlədən iclasda jurnalların qaydaya salınması, məktəbli kitabçalarının yoxlanılması, bütün siniflər üzrə BSQ-lərin yoxlanılması və düzgün qiymətlərin çıxarılması, illik nəticələrin qiymətləndirmə cədvəllərinin yazılması və nəhayət bütün nəticələrin şagirdlərin şəxsi işlərində qeyd edilməsi müəllimlərə tapşırıldı.
Daha sonra rəhbərlik müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirib və fikir mübadiləsi aparılıb.