Məktəbəhazırlıq qrupunda son dərs günü
Məktəbimizdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb. Qeyd edək ki, 2018-2019-cu tədris ilində məktəbimizdə 4 məktəbəhazırlıq qrupu fəaliyyət göstərirdi. Ümumilikdə məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin sayı 144 nəfərdən ibarət idi.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Mayın 31-də məktəbimizdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının sinif rəhbərləri tərəfindən qruplarda təhsil alan şagirdlərin məktəbdəki son günü münasibəti ilə silsilə tədbirlər təşkil edildi. Tədbirdə şagirdlər müxtəlif şeirlər, mahnılar söylədilər. Müxtəlif kompozisiyalarla rəqslər nümayiş etdirdilər. Xüsusi ilə Elmira Həsənovanın şagirdləri öz fəallıqları ilə seçildilər.