“Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib
Müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məqsədilə məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilib.
Layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olması və müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.
Layihə çərçivəsində valideynlər məktəb mühiti və məktəbin fəaliyyəti ilə tanış olublar. Eyni zamanda valideynlər tədris prosesini izləmək üçün dərslərdə iştirak ediblər.
Məktəbin psixoloqu Mehriban Quliyeva və UBTR Xalidə İbrahimova müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs ediblər.