“Hər kağızı bir yarpağa dəyişək”
Uzun müddətdir ki məktəbimizdə makulatura toplanması üzrə aksiya keçirilməkdədir. Belə ki, məktəb şagirdləri və kollektivi istifadə edilmiş kağızları xüsusi təşkil edilmiş qutularda topladılar.
Layihənin keçirilməkdə məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Keçirilən aksiyada şagirdlərimiz həvəslə iştirak edirlər.