Plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması və Xəzər dənizini plastik tullantılarla çirklənmədən qorumaq
Məktəbin illik fəaliyyət planının 2.2.3 təhsil müəssisələrində ictimai məlumatlığın artırılması istiqamətində tədbirlərin görülməsi çərçivəsində VII sinif şagirdləri yaşadığımız ərazinin dənizkənarı sahəsində plastik tullantılarının toplanmasında fəal iştirak ediblər.
Məktəbin UBTR Xalidə İbrahimovanın təşkilatçılığı ilə şagirdlər iməclikdə həvəslə iştirak edərək plastik tullantıları toplayıblar.
Məqsəd plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması, ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, Xəzər dənizini plastik tullantılarla çirklənmədən qorumaqdır.