28 May - Respublika Günü
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ, BİR DAHA ENMƏZ!
M.Ə.RƏSULZADƏ
Mayın 27-də məktəbin tarix müəllimi Vüsalə Əliyeva "28 May - Respublika Günü" ilə əlaqədar əvvəlcə 9 "A" və daha sonra 8"A" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, tarixi şəxsiyyətlər və şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məlumat verib.
O çıxış edərək xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci ilin 28 may tarixi ilə hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğunu qeyd edib. Tarixin məhz bu günündə şərqdə ilk dəfə demokratik, azad, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib.
Dəyirmi masada şagirdlər hər biri çıxış edərək demokratik respublikasının yaranması və Azərbaycan Milli Şurasının iclasında qəbul edilən İstiqlal Bəyannaməsi haqqında ətraflı məlumat veriblər.
Xalq Cümhuriyyətinin yaranmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əlimərdan bəy Topçubaşovun və başqalarının böyük xidmətləri haqqında bəhs ediblər.