IX siniflərdə növbəti monitorinq
Məktəbin fəaliyyət planına uyğun olaraq IX siniflərdə Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun olaraq buraxılış imtahanlarına hazırlıq məqsədilə növbəti monitorinq keçirilib. IX siniflər azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan veriblər. Ümumilikdə monitorinq 90 dəqiqə davam edib.
Məqsəd buraxılış imtahanlarına hazırlıqdan savayı buraxılış fənləri üzrə tədrisin keyfiyyətinin artırılması, tədrisin səviyyəsi və əldə olunan nəticəni izləmək eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaratmaqdır.