“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masanın təşkili
Mayın 24-də “İnsan hüquqları aylığı” ilə əlaqədar məktəbin tarix müəllimi Məlahət Malikinin rəhbərliyi və 6"A" sinif şagirdlərinin iştirakı ilə "Dəyimi masa" həyata keçirildi.
Dəyirmi masa Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra başlayıb. Şagirdlər insan hüquqları və hüquq bərabərliyi haqqında məlumat veriblər.
Dəyirmi masada məktəbin tarix müəllimi Vüsalə Əliyeva iştirak edərək şagirdləri dinləyib.
“İnsan hüquqları aylığı” çərçivəsində dəyirmi masanın təşkilində məqsəd insan hüquqlarını və hüquq bərabərliyini şagirdlər arasında təbliğ etmək, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək və şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.